Dekabrın 25-də saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Günəşin axtarışında” beynəlxalq iş qrupunun tədbiri keçiriləcək.
"Günəşin axtarışında" qrupu 2018-ci ilin aprel ayında Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü ilə mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESKO kafedrasının dəstəyi ilə kitabxananın bazasında yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir.
Tədbirdə 2018-2019-сu illər üzrə fəaliyyətə dair təqdimat keçiriləcək, abidələrin qorunması və "Günəşin axtarışında" işçi qrupunun fəaliyyətinin hakimiyyət orqanları, dövlət idarələri və digər qurumlar tərəfindən dəstəklənməsi məsələləri müzakirə ediləcək. Eləcə də tədbirdə "Günəşin axtarışında" işçi qrupunun üzvlərinin rəyinə əsasən, 2020-2021-ci illərdə bərpa olunmalı və qorunmalı tarixi və memarlıq abidələrinin siyahısı təqdim olunacaq.
Qeyd edək ki, 2018-2019-cu illərdə "Günəşin axtarışında” qrupunun fəalları Azərbaycan, Gürcüstan və Dağıstan ərazilərində 80 dəfədən çox ekspedisiyada olublar. Səfərlərin nəticəsi olaraq, MEK-in mütəxəssisləri sistemli şəkildə elektron kataloqda və rəqəmsal bazada pasportlaşdırmaq üçün zəngin epiqrafik və etnoqrafik material toplayıblar.
“Günəşin axtarışında” qrupu günəş işarələrini, epiqrafikanı və Qafqazın orta əsr memarlığını öyrənməyin müxtəlif metodlarından istifadə edir. MEK-in koordinasiyası ilə bölgənin etnoqrafik və mədəni irsinin öyrənilməsi, təsdiqlənməsi və qorunması üçün layihələr həyata keçirilir. Diqqət mərkəzində abidələr, qəbiristanlıqlar, qoç daşları (totem daş qoç və atlar), qorunmağa və bərpaya ehtiyacı olan ibadət yerləridir. Tədqiqatlar Azərbaycan, Gürcüstan və Dağıstanı əhatə edib.
Tehsil-press.az