Bir neçə gün əvvələdək günəşin səthində ləkələr müşahidə olunmayıb. Artıq bu ləkələr yaranmağa başlayıb və onların sayı hazırda 23-ə bərabərdir. Bəzi hallarda Günəş ləkələrinin yaxınlığında alışma və bundan sonra plazma kütləsinin atılması halları qeydə alınır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Elçin Babayev oktyabrın 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.
E.Babayev deyib: “Günəşlə yer arasındakı məsafə 150 milyon kilometrə yaxındır. Plazma kütlələrinin yerə çatması üçün vaxt lazımdır. Normal halda bu, üç günə, ən yüksək sürətdə isə 17-19 saata yerə gəlib çata bilər. Bu vaxtın kifayət qədər böyük olması imkan verir ki, texnoloji və bioloji sistemlər üçün qabaqlayıcı tədbirlər görülsün”.
Tehsil-press.az