Zaldakı siqaret qoxusu Ərdoğanı narahat etdi

Zaldakı siqaret qoxusu Ərdoğanı narahat etdi Tunis Prezidenti Kais Səidlə birgə mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zalın siqaret qoxması səbəbindən çıxışına fərqli başlayıb.
Proqramda olmadığı halda Tunisə səfər edən Ərdoğanın diqqətini konfrans zamanı Tunis heyətinin siqaret çəkib zala daxil olması çəkib. Çıxışına başlayan türkiyəli lider deyib:
“Burnuma siqaret iyi gəlir. Bura duman altı oldu. Tunis heyətinə məsləhətim təcili siqareti tərgidin. Bunu sizi sevdiyim üçün deyirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər