Bu ölkədə dövlət qurumlarında siqaret çəkmək qadağan olundu

Bu ölkədə dövlət qurumlarında siqaret çəkmək qadağan olundu Yaponiyada dövlət qurumlarında siqaret qadağasını nəzərdə tutan qanun qəbul olunub.
Ölkədə ilk dəfə qəbul edilən qanuna görə, məktəb, xəstəxana və dövlət idarələrində siqaret çəkilməyəcək.
100 kvadratmetrlik həyətə malik olan qurumların həmin sahələrsində siqaret çəkməyə icazə veriləcək.
Bu qanunla 2020-ci ildə keçiriləcək Tokio Olimpiya Oyunlarında siqaret çəkmə faizinin azaldılması nəzərdə tutulur. Bu qanun həmin tarixə qədər mərhələli şəkildə tətbiq olunacaq.
Qeyd edək ki, 127 milyon əhalisi olan Yaponiyada 20 milyon insanda nikotin asılılığı olduğu ehtimal edilir.

Tehsil-press.az


Oxşar xəbərlər