Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələbələri Azərbaycanın xalq mahnısı, əfsanəvi “Sarı gəlin”i ifa ediblər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bu ali məktəbdə təşkil olunan tədbirdə neft-qaz mühəndisliyi ixtisası üzrə 2-ci kurs tələbələri İnyama Somtoçukvu Çidinma, Ezinne Ezuma Cessika, eyni zamanda, kimya mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri Günel Hüseynli, Nilufər Əsgərzadə xalq mahnısını tamaşaçılar qarşısında oxuyublar.
Əcnəbi tələbələr üç gün ərzində mahnını Azərbaycan dilində ifa etməyi öyrəniblər. Onlar BANM-də təhsil aldıqları müddətdə Azərbaycan dili və tarixi ilə yaxından maraqlandıqlarını, ölkəmizin milli mənəvi dəyərlərinin onlarda yüksək təəssürat yaratdığını qeyd ediblər.
“Sarı gəlin” mahnısının sözləri və musiqisi çox gözəldir. Eyni zamanda, bu xalq mahnısının hekayəsi də olduqca maraqlıdır. Ümumiyyətlə, Azərbaycanın zəngin tarixi, milli musiqisi, milli rəqsləri var. Biz də bunları sevə-sevə öyrənirik”, – deyə İ.Çidinma bildirib.
Tehsil-press.az