Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olaraq müəllifi olduğu “Mühəndislərlə gələn gələcək” adlı layihəsini BANM-ın təşkilati dəstəyi ilə uğurla həyata keçirib.
Layihənin müəllifi, Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Anar Bədəlbəyli qeyd edib ki, bu layihənin əsas məqsədi gənclərdə mühəndislik sahəsinə, xüsusilə Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi sahələrinə maraq yaratmaq, mühəndislik barədə kifayət qədər geniş məlumatlandırmaq və ölkənin gələcək mühəndislərinin formalaşmasına öz töhfəsini vermək olub.
Dörd sessiyalıq təlimlərdən ibarət olan layihəyə ölkənin müxtəlif universitetlərindən fərqli ixtisasa malik 300-dən çox tələbə maraq göstərmiş, lakin 80 nəfər iştirak hüququ qazanmışdır. Təlimlərdə həmçinin SOCAR-ın işçiləri də iştirak ediblər.
İlk sessiyalarda BP şirkətində Neft-qaz mühəndisi vəzifəsində çalışan təlimçi Əli Nağıyev “Neft-qaz mühəndisliyi” sahəsindəki öz təcrübələrini gənclərlə bölüşüb və mühəndislik üzrə karyera imkanlarından danışıb. Bakı Ali Neft Məktəbinin məzunu, hazırda BP şirkətində Rezervuar mühəndisi kimi çalışan Fidan Səlimzadə isə gənc kadrlar üçün iş imkanları, sosial və akademik həyatın balansda saxlanılmasından danışıb, yuxarı kurs tələbələrinə bu sahədəki təhsil imkanlarından söz açıb.
Növbəti sessiya “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (PAM) sahəsini əhatə edib. BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi, təlimçi Abbas Əlili qeyd edilən ixtisasın keçmişdən indiki dövrə qədər keçdiyi tarixi inkişaf yolundan danışıb, PAM tələbələri üçün iş və gələcək təhsil imkanları barədə məlumat verib və ona ünvanlanan sualları cavablandırıb.
Layihənin yekunu münasibətilə təşkil olunan tədbirdə isə onun sonuncu sessiyası baş tutub. BANM-ın rektoru Elmar Qasımov da tədbirdə iştirak edərək, mühəndislik sahəsinə maraq göstərən gənclərə öz ürək sözlərini deyib. “Təkcə gələcək deyil, elə bugünümüz də mühəndislərindir”,- deyə rektor öz çıxışı zamanı gəncləri bu sahəyə ruhlandırıb.
Sonuncu sessiya “Kimya mühəndisliyi” sahəsini əhatə edib. Təlimçi, H. Əliyev adına Neft Emalı Zavodunda Kimyəvi təhlil laboratoriyasının rəisi Vüsalə Məmmədova Kimya mühəndisliyi anlayışını geniş şəkildə izah edib, Kimya mühəndisliyi və Kimya ixtisası arasındakı oxşar və fərqli cəhətlərdən danışıb, bu ixtisasın tələbələri üçün iş imkanlarından söz açıb.
Layihənin uğurlu iştirakçıları sonda sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Kəmalə Rəhimli