İranlı alim və professorların ABŞ-da hər hansı bir elmi tədbirdə iştirakı təhlükəlidir. İstənilən alim səbəbsiz və ittiham olmadan həbs edilə bilər.
Bu sözləri İranın Elm və Təhsil naziri Mənsur Qulami ABŞ universitetləri ilə əməkdaşlıq edən ölkə alimlərinə müraciətində deyib. O bildirib ki, alimlərin fəaliyyəti və dünya miqyasına çıxması bəzi dövlətləri narahat edir. İran elminin inkişafının qarşısını almağa çalışırlar.
Nazir tanınmış genetik alim Məsud Süleymaninin ABŞ-da heç bir ittiham irəli sürülmədən həbs edilərək 14 ay türmədə saxlanılmasını misal göstərib. Qeyd olunub ki, iranlı alim ABŞ-ın elmi dairələri tərəfindən tədbirə dəvət almasına baxmayaraq hava limanında həbs edildi.
Nazir açıq şəkildə dilə gətirməsə də, qeyd edib ki, İran alimlərinin ABŞ-a dəvət alması təsadüfi deyil. ABŞ-da alimlər xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək iranlı alimləri ölkəyə dəvət edirlər. Bu səbəbdən M.Qulami alimlərə ABŞ-a getməməyi tövsiyə edib.
Tehsil-press.az