Tanınmış azərbaycanlı alim Kanadanın universitetlərində mühazirə oxuyacaq

Tanınmış azərbaycanlı alim Kanadanın universitetlərində mühazirə oxuyacaq Tanınmış azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Yaponiya, Avropa, Kanada və ABŞ-ın bir sıra universitetlərində məruzələr edib.
Azərbaycanlı alim Kanadanın Toronto Universitetində və Fields Universitetində riyazi biologiya üzrə mühazirələr oxumaq üçün dəvət olunub.
Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır. Alim on aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, “International Journal of Biomathematics and Biostatistics” jurnalının baş redaktoru, Yaponiya, Almaniya, ABŞ və İsveçrədə edilən beş monoqrafiyanın müəllifidir.

Tehsil-press.az

Oxşar xəbərlər