Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkənin maliyyə-bank sektorunda da 2019-cu ildə inkişaf qeydə alınıb. Dünya Bankının son illərdə dünyanın 20 ən islahatçı ölkəsi sırasına adını daxil etdiyi Azərbaycan iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar aparmaqla inamlı addımlarla inkişaf edir. 2019-cu ildə də bir sıra əhəmiyyətli islahatlar müxtəlif sahələrin inkişafına təsir edib və iqtisadi inkişaf üçün stimul olub. Ölkədə aparılan kompleks iqtisadi islahatlar maliyyə-bank sektorundan da yan keçməyib. Belə ki, bu islahatlar maliyyə sektorunun institusional inkişafı, bank sektorunun canlandırılması, rəqəmsal ödənişlərin stimullaşdırılması və s istiqamətlərə yönəlib.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Məsumə Talıbova deyib. Onun sözlərinə görə, bank sektoru üçün 2019-cu ilin ən kolosal islahat tədbiri olaraq 28 fevral 2019-cu il tarixində imzalanan "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin verdiyi Fərmanı qeyd etmək olar: "Belə ki bu islahat tədbiri hər şeydən öncə böyük miqyaslı sosial layihə olmaqla, eyni zamanda, maliyyə sektorunun qeyri-işlək aktivlərdən azad olunması, likvidliyin təmin olunması və ümumən sektorun canlanması üçün çox böyük əhəmiyyətə malik oldu. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Ümumilikdə 800 mindən artıq əhalini əhatə edən bu islahat tədbiri vətəndaş məmnunluğunun artmasına səbəb oldu. Bank sektoruna olan təsirinə gəldikdə isə ümumi kredit portfelində problemli aktivlərin xüsusi çəkisinin 2,6% azaldığını və bununla da portfelin sağlamlaşmasına gətirib çıxardığını qeyd etmək olar.
2019-cu ildə tənzimləyici xarakterli normativ-hüquqi aktların qəbul olunması da bank sektorunun idarəçilik və səmərəlilik məsələlərində daha da inkişaf etməsinə təkan verəcək. Bu dəyişikliklərə misal olaraq "Banklarda risklərin idarə olunması haqqında Qaydalar" və "Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları"-nı göstərmək olar. Bu qaydalar risklərin təsnifatını apararaq onların idarəedilməsi strategiyasını, siyasətini, idarə edilməsi prosesini və bu istiqamətdə nəzərdə tutulan tədbirləri müəyyənləşdirib. Bazel Komitəsinin "Korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə prinsiplər"i və beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanmış "Banklarda korporativ idarəetmə Standartları"nın qəbul olunması da bankların institusional inkişafı üçün mühüm islahat tədbiri olaraq qeyd edilməlidir".
Analitik qeyd edib ki, biznes sektorunun inkişafı və ümumən iqtisadi inkişafa aparan yolda ən önəmli məsələlərdən hesab olunan maliyyə resurslarına asan çıxışın təmin olunmasıdır: "2019-cu ildə tətbiq olunan "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş dəyişikliklər ölkədə kreditə əlçatanlığı asanlaşdırıb. Belə ki, Daşınar əmlakın girov olaraq təqdim edilməsi və kreditlərin əldə olunması prosesinə uyğun olaraq Mülki Məcəllədəki dəyişikliklər, Reyestrin tam şəkildə işləməsi artıq nəzəri olaraq mövcud olan mexanizmin praktik tətbiq olunmasına gətirib çıxardı. Bu islahatlar nəticəsində Azərbaycan kredit əldə etmənin asanlığına görə Dünya Bankının "Doing Business" Hesabatına əsasən 190 ölkə arasında 1-ci yerdə qiymətləndirilib. Kredit bürosunun əhatə dairəsi yetkin əhaliyə nisbətdə keçən il ilə müqayisədə 41.5%-dən 45%-ə yüksəlib. Bundan başqa, nüfuzlu kredit reytinqi agentləri də sektorda baş verən müsbət dəyişiklikləri müvafiq olaraq qiymətləndirib. Belə ki, "Moody’s" son hesabatında Azərbaycanın mövqeyini sabit "Ba2" səviyyəsində qiymətləndirib, "Fitch" beynəlxalq reytinq agentliyi də oxşar mövqeni təsdiqləyərək ölkəmizin Cənubi Qafqaz üzrə birinci yerdə olduğunu qeyd edib".
Ümumi statistik göstəriciləri müqayisə edərsək, keçən illə müqayisədə maliyyə sektorunda əhəmiyyətli artım baş verdiyini görmək mümkündür. Öncəliklə bank sektorunun kredit portfelinin genişləndiyini, mənfəətinin, aktiv və əmanətlərinin, balans kapitalının artdığını, eyni zamanda, xarici borcunun azaldığını qeyd etmək lazımdır. Belə ki, 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən aktivlər ötən il ilə müvafiq şəkildə müqayisədə 6% , kredit qoyuluşu isə 11 faiz artıb. Bank sektorunun xalis mənfəəti isə ötən illə müqayisədə 2 dəfə daha çox olub. Bank sektorundakı canlanmanın digər nümunəsi isə müştəri bazasının artımıdır. Belə ki, bank müştərilərinin sayında 25% artım, müştəri hesablarında isə 6% artım müşahidə olunub. Eyni zamanda, depozitlərin həcmində də 7 % artım müşahidə olunaraq 23.5 milyarda çatmışdır. Fiziki şəxslərin əmanətlərinin 5 % artığını xüsusilə qeyd etmək lazımdır.Bu göstəricilər aparılmış islahatların bank sektoruna olan inamı artırdığına, yığımların depozit olaraq banklara etibar edildiyinə dair sübutdur. Bu da öz növbəsində bankların inkişafına səbəb olmaqdadır.Təsadüfi deyil ki, islahatlar bank sektorunun infrastruktur baxımından da güclənməsinə gətirib çıxardı. Belə ki, bank filiallarının və ATM-lərin sayındakı artımla birgə, maliyyə-bank sektorunda işçi sayının 10% artımı müşahidə olunub".
M.Talıbova əlavə edib ki, pul siyasətinin doğru şəkildə aparılması, manatın sabitliyinin bərpa olunmasına bununla da milli valyutaya olan etimadın artması və dedollarizasiya prosesinin sürətlənməsinə gətirib çıxardı.Belə ki, depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 37%-ə çatmaqla son illərdəki ən yüksək həddə çatıb: "Prezidentin rəhbərliyi ilə cari il ərzində aparılan kompleks islahatlar kapitallaşma və likvidlik səviyyəsinin artırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi, qanunvericiliyin zəruri və müsbət qlobal trendlərə uyğun olaraq dəyişdirilməsi, rəqəmsallaşmanın inkişaf etdirilməsi, dünya arenasında ölkənin maliyyə-bank sisteminin yüksək səviyyədə qiymətləndirilməsi kimi nəticələrə gətirib çıxarıb. İslahatlar ölkənin makro-iqtisadi inkişafına da öz təhfəsini verib. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 5 dəfə üstələyir ki, bu göstərici dünyanın qabaqçıl ölkələrində müşahidə olunur. İnflyasiyanın azalan templə 2,6% təşkil etməsi də makroiqtisadi sabitliyin digər bir sübutudur. Sözügedən islahatlar fonunda sektorun cari vəziyyəti və iqtisadi inkişafa aparan yolda atılan addımlar ölkənin makroiqtisadi sabitliyinin davamlılığını, Azərbaycanın yaxın gələcəkdə dünyanın ən güclü ölkələri ilə müqayisə edilə biləcək iqtisadi potensialının realizasiyasını proqnozlaşdırmağa imkan verir".
Tehsil-press.az