Tokio birjasında Yeni il indekslərin düşməsi ilə başlayıb

Tokio birjasında Yeni il indekslərin düşməsi ilə başlayıb Asiyanın ən nəhəng Tokio fond birjasında 2020-ci ilin fəaliyyəti kotirovkaların düşməsi ilə başlayıb.
Əməliyyatların birinci 5 dəqiqəsində "Nikkei" əsas indeksi 1,66 faiz düşərək 23 263,12 göstəricisinə enib. Dolların məzənnəsi isə 1,08 faiz zəifləyərək 107,96-107,96 ien-dollar göstəricisinə düşüb.
"Daiwa Securities" analitiklərinin fikrincə, Tokiodakı indekslər Amerika və Avropa bazarlarında, ABŞ-ın raket hücumu nəticəsində İran generalı Kassem Süleymaninin öldürülməsindən sonra ABŞ və İran arasındakı münasibətlərin kəskin şəkildə kəskinləşməsindən yaranan enişinin davamı olaraq düşüb.

Tehsil-press.az

Oxşar xəbərlər