İran neftinə müştəri tapa biləcəkmi?

İran neftinə müştəri tapa biləcəkmi? İranın Milli Neft Şirkəti 27 avqustda 2 milyon barel ağır xam nefti enerji birjasında satışa çıxaracaq.
Bu barədə Tehsil-press.az İranın Milli Neft Şirkətinin informasiya portalına istinadən məlumat verib.
Məlumata görə, xam neftin hər bir barelinin ilkin qiyməti 50,37 dollar olacaq.
İranın cari il (21 mart 2019-dan başlayaraq) büdcə qanununa əsasən, İranın Neft Nazirliyi ayda 2 milyon barel yüngül xam nefti, 2 milyon barel ağır xam nefti və 2 milyon barel qaz kondensatını enerji birjasında satışa çıxarmalıdır.
İran enerji birjasında 21 mart 2019-dan başlayaraq 7 dəfə ağır xam nefti satışa çıxarıb. İndiyədək 70 min barel ağır xam neft enerji birjasında satılıb.
Müştərilər alqı-satqıdan sonra 3 ay ərzində İranın Milli Neft Şirkətinin təsdiqlədiyi məkanlarda nefti təhvil ala bilərlər.
Ümumilikdə İran 28 oktyabr 2018-ci ildən başlayaraq enerji birjasında xam neft və qaz kondensatlarını satışa çıxarıb. Lakin indiyədək 1,085 milyon barel xam neft enerji birjasında satılıb.

Tehsil-press.az

Oxşar xəbərlər