“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir

“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir “Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə layihənin təşkilatçıları və tələbə-könüllülər iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək təhsilalanlar üçün bərabər imkan yaradılmasına dəstək verən “Təhsil avtobusu” layihəsinin “Nəsimi ili”ndə keçirilməsinin əhəmiyyətini, şagird və tələbələrin şəxsi inkişafının daim diqqət mərkəzində olduğunu, onların bilik, bacarıq, dünyagörüşünü artıran təlim və intellektual yarışların önəmini vurğulayıb. Layihənin uğurlarından məmnunluğu ifadə edən nazir müavini onun əhatə dairəsinin genişləndirilməsinin vacibliyini söyləyib.
Tədbirdə “Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbinə dair hesabat məzmunlu təqdimat olub və videoçarx nümayiş etdirilib.
Sonra “Təhsil avtobusu – Nəsimi”nin meneceri, “SABAH” qruplarının məzunu Ülviyyə Axundova layihənin təşkilində və həyata keçirilməsində göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlığa görə Təhsil naziri Ceyhun Bayramovun əmri ilə fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, bu layihə “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

Tehsil-press.az


Oxşar xəbərlər