Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti VI Moskva Beynəlxalq Təhsil Salonunda iştirak etmək məqsədilə Rusiya Federasiyasının paytaxtına gəlib.
Nümayəndə heyəti Moskva Beynəlxalq Təhsil Salonunda ölkəmizin Təhsil Nazirliyinin və beynəlxalq “Algoritmika” şirkətinin birgə pilot layihəsi olan “Rəqəmsal bacarıqlar”a həsr edilən stendlə tanış olub. Stend sərgi iştirakçılarının böyük marağına səbəb olub.
F.Qurbanov tədbir çərçivəsində keçirilən “Təhsil - həyat üçün” mövzusunda panel müzakirədə çıxış edib. O, Azərbaycanda təhsil sahəsində həyat keçirilən islahatlar və əldə edilən nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Nazir müavini ölkəmizdə yeni məktəblərin tikintisinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, peşə və ali təhsil sahələrinin rəqabətliliyinin artırılmasına yönəlmiş fəaliyyəti xüsusi olaraq qeyd edib.
Səfər çərçivəsində F.Qurbanov Rusiya Federasiyası maarif nazirinin müavini Pavel Zenkoviç, eləcə də elm və ali təhsil nazirinin müavini Marina Borovskaya ilə görüşüb. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti, həmçinin Moskva Dövlət Humanitar İqtisad Universitetində “Tələbə yazı” adlı silsilə elmi tədbirlər proqramının açılış mərasiminə qatılıb. Tədbirdə çıxış edən F.Qurbanov müasir dövrdə gənclərin elmə marağının artmasının vacibliyini qeyd edib və ali təhsil müəssisəsinin tələbələrinə uğurlar arzulayıb.
Tehsil-press.az