Məcburi köçkünlər Azərbaycandan asılı olmayan səbəblərdən köçkün düşübsə, beynəlxalq qurumlar buna görə öz mövqelərini daha sərt formada ortaya qoymalıdırlar.
Bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrinin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın özündən asılı olmayan səbəblərdən yaranan çox vacib məsələləri də həll etməlidir.
Azərbaycan ərazisinin təxminən 20 faizinin Ermənistan tərəfindən işğal edilməsini xatırladan Ə.Əhmədov qeyd edib ki, Azərbaycan əhalisinin 10 faizi qaçqın və məcburi köçkündür: "Bu insanlar sosial ehtiyaclarının ödənilməsi üçün Azərbaycan dövlətinin köməyinə böyük ehtiyac duyurlar. Azərbaycanın malik olduğu resursların əhəmiyyətli bir hissəsi əhalinin məhz məcburi köçkün təbəqəsinin ehtiyaclarının ödənilməsinə sərf olunur. Azərbaycan hökuməti tərəfindən onların zəruri ehtiyaclarının ödənilməsi üçün əhəmiyyətli işlər aparılır, çox böyük həcmdə vəsaitlər xərclənir".
Ə.Əhmədov hesab edir ki, Azərbaycana qarşı ədalətsizliyin davam etdiyi belə bir şəraitdə Azərbaycan hökuməti özündən asılı olmayan səbəblərdən yaranan xərcləri ödəməlidir. Belə bir halın mövcud olması, Azərbaycan ərazisinin təxminən 20 faizinin resurslarından istifadə edilmməsi həm Azərbaycan iqtisadiyyatı üçün problemdir, həm də Azərbaycan hökumətinin üzərinə qoyulmuş ağır sosial yükdür. Amma Azərbaycan hökuməti bunu həll etmək məcburiyyətindədir.
Tehsil-press.az