Qarşıda gözlənilən bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə siyasi canlanma müşahidə olunur.
Bunu Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın Səbail və Xətai rayonlarının ilk partiya təşkilatları sədrləri ilə görüşündə deyib.
Baş nazirin müavininin sözlərinə görə, Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsi YAP-ın üzvüdür. Bunun arxasında inam, Prezidentin siyasətinə dəstək dayanır: "YAP-ın 750 minə yaxın üzvü var. Azərbaycanda heç bir zaman bir təşkilatın sırasında bu qədər üzv olmayıb. Bundan sonra da partiyanın işini gücləndirmək istiqamətində çalışacağıq. Amma bizim gücümüz təkcə partiya üzvlərinin sayında deyil. Bu insanların intellektual, mədəni səviyyəsi də özünü göstərir. YAP üzvlərinin səfərbər olmasında ilk partiya sədrlərinin mühüm rolu var".
Ə.Əhmədov qeyd edib ki, müxalifətin yeni qanadı-mühacir müxalifəti yaranıb: "Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkənin siyasi proseslərində iştirak niyyətini ortaya qoyan siyasi fəallar Azərbaycanda deyil, ölkədən kənarda fəaliyyət göstərirlər. Onların siyasi fəaliyyətlə əlaqədar davranışları ciddi şəkildə suallar doğurur. Xoşəgəlməz hal ondan ibarətdir ki, bu qrup insanlar ayrı-ayrı dairələrin alətinə çevrilə bilərlər, belə bir təhlükə mövcuddur".
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan ictimaiyyəti onların xoşagəlməz hərəkətlərinə öz münasibətini bildirməlidir.
YAP-ın sədr müavini - icra katibi bildirib ki, son zamanlar müəyyən qruplar müasir texnologiyalardan istifadə edərək Azərbaycan reallıqlarına kölgə salır, şər-böhtan səsləndirirlər: "İnsanlar yalan üzərində qurulan təbliğata qarşı addımlar atmalı, öz fikirlərini bildirməlidirlər".
Tehsil-press.az