Əli Əhmədov: Bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinə kölgə salır

Əli Əhmədov: Bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinə kölgə salır “Güman edirəm ki, həmsədr dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür”.

Tehsil-press.az-n məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar açıqlamasına münasibət bildirərkən deyib.
Ə.Əhmədov qeyd edib ki, bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də təxminən buna bənzər bəyanat səsləndirilmişdi: “Həm Azərbaycan ictimaiyyətinin, həm də hökumətinin bu bəyanatlara kifayət qədər sərt reaksiyaları oldu. Azərbaycan vətəndaşlarının hər biri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayır. Hesab edirəm ki, status-kvonun yaxın zamanlarda dəyişdirilməsi regionda sabitliyin və əmin-amanlığın təmin olunmasının ən doğru yollarından biridir”.


Tehsil-press.az

Oxşar xəbərlər