Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UEFA Avropa Liqasının 2019-cu ildə keçiriləcək final oyunu ilə əlaqədar könüllülük proqramının təqdimatı olub.
Tədbirdə bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərindən və gənclərin bu tədbirlərə marağından danışıb. O, ADNSU tələbələrinin bir çox yarışlarda fəal könüllülük fəaliyyəti göstərdiyini diqqətə çatdırıb.
UEFA-nın könüllülük direktoru Yusif Vəliyev və ATV-nin idman proqramlarının aparıcısı Sənan Şəfizadə 2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqası final matçının təşkilində könüllülük proqramının prinsipləri, qaydaları, eləcə də qeydiyyat prosesi haqqında məlumat veriblər.
Qeyd edək ki, Bakıda keçiriləcək UEFA Avropa Liqası final matçının təşkilati işlərində 23 sahə və 40-dan artıq funksiya üzrə 1300 könüllü çalışacaq.
ADNSU-nun Mətbuat Xidməti