Siyavuş Novruzov: YAP-ın bütün namizədlərinə yerlərdə bərabər şərait yaradılıb

Siyavuş Novruzov: YAP-ın bütün namizədlərinə yerlərdə bərabər şərait yaradılıb Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin təbliğat kampaniyası normal davam etdirilir.
Bunu jurnalistlərə açıqlamasında YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, hazırda yerlərdə bütün namizədlərə eyni şərait yaradılıb:
"Partiyadan 123 nəfərin namizədliyi qeydə alınıb. Yanvarın 17-dən təbliğat təşviqat kampaniyasına start verilib. Bu kampaniyada partiya üzvlərimiz iştirak edirlər. Hər yerdə hər bir namizəd üçün bərabər şərait yaradılıb, qapalı və açıq yerlər müəyyənləşdirilib. Orada da görüşlər keçirilir. Biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk. Partiyanın, dövlətin, Prezidentin apardığı siyasət birbaşa insanlara çatdırılır. YAP-ın namizədlərinin bu baxımdan kifayət qədər üstünlüyü var. Ona görə hesab edirik ki, partiya bu mərhələni də uğurla başa çatdıracaq".
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər