Dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün yanvarın 13-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzinin yanvarın 21-i saat 14:55-ə olan məlumatına görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 847 nəfər ərizə verib. Vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilib. Qeydiyyat fevralın 11-də başa çatacaq.
Qeyd edək ki, müsabiqəyə 35 dövlət orqanında 623 vakant vəzifə çıxarılıb. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (356 vəzifə) və Dövlət Statistika Komitəsi (35 vəzifə) tərəfindən təqdim olunub.
Tehsil-press.az