Dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır

Dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır 2019/2020-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 58 orta ixtisas təhsili müəssisəsində 56 min tələbə təhsil alıb, onların üçdə iki hissəsini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 27 elmi təşkilatda təhsil alanların sayı 187,7 min nəfər olub. Onların da 48,8 faizini qadınlar təşkil edib.
Bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.
Hesabatda bildirilib ki, 2019-cu ildə ölkənin ali təhsil müəssisələrinə 44,3 min nəfər tələbə qəbul edilib və qəbul genişprofilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 55,1 faiz olub. Onların da 77,3 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.
Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır. Ali təhsil müəssisələrində magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145, 71-100 bal olan tələbələrə 120, 51-100 bal olan tələbələrə 80 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 130, 110 və 75 manat təqaüd müəyyən edilir.

Tehsil-press.az


Oxşar xəbərlər