İraqda etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub, çox sayda xəsarət alan var

İraqda etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub, çox sayda xəsarət alan var İraqın Di-Kar əyalətində etiraz aksiyasını iştirakçıları və təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
Etirazçılar və təhlükəsizlik qüvvələri arasında Nəsiriyyə şəhərinin mərkəzində olub.
Bildirilir ki, toqquşmalar nəticəsində azı 30 nəfər xəsarət alıb.
Qeyd edək ki, ötən ilin oktybar ayından İraqda davam edən etiraz aksiyalarının iştirakçıları hökumətin istefaya getməsini, korrupsiya, işsizliklə mübarizə və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Davam edən etiraz aksiyaları nəticəsində 600-dən artıq insan həlak olub, 50 minə yaxın isə xəsarət alıb.

Tehsil-press.az



Oxşar xəbərlər