Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Dostluğun sehri” IV beynəlxalq rəsm müsabiqəsinə başlanılıb.
“Tokio 2020 Yay Olimpiya Oyunları – sağlamlıq, dostluq, birlik” mövzusunda keçirilən rəsm müsabiqəsi uşaqlar arasında olimpiya dəyərləri və ideyalarını təbliğ etmək, onlarda tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq hissləri aşılamaq, idmana olan marağı artırmaq məqsədlərinə xidmət edir.
Azərbaycan Rəssamlar İttifaqı və Dövlət Rəssamlıq Akademiyasının dəstəyilə təşkil olunan müsabiqədə 6-15 yaşarası respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edə bilərlər.
“İdman və ətraf mühit”, “İdman və sülh”, “İdman və texnologiya”, “İdman və mədəniyyət”, “İdman və dostluq” mövzuları üzrə təşkil olunan müsabiqəyə qatılan təhsil müəssisələrindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək.
Qaliblərin seçimi Təşkilat Komitəsinin razılığı ilə yaradılmış münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Qaliblər və mükafatçılar iyun ayında elan olunacaq. Hər yaş kateqoriyası üzrə qaliblərə I, II, III dərəcəli medal, diplom və hədiyyələr təqdim ediləcək.
Tehsil-press.az