AzTU ilə Trabzon Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

AzTU ilə Trabzon Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı Yanvarın 30-da Trabzon Universitetinin Fatih təhsil fakültəsinin dosenti, psixologiya elmləri doktoru Mehmet Palançı Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyev ilə görüşüb.
Görüşdə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi sahəsində əməkdaşlıq, müştərək layihələrin hazırlanması, kadr hazırlığı, motivasiya xarakterli tədbirlərin təşkili, gənc startapçıların layihələrinin icrasına dəstək və digər mövzularda müzakirələr aparılıb.
Bundan başqa, psixologiya, sağlamlıq, motivasiya, statistika və fərdi inkişaf mövzularında bakalavr, magistr, doktorant və universitet əməkdaşlarına seminar və təlimlərin keçirilməsinin nəzərdə tutulduğu da qeyd olunub.
Görüşdə AzTU ilə Trabzon Universitetinin Fatih təhsil fakültəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər