Azərbaycan Texniki Universiteti Niderland Biznes Akademiyası ilə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti Niderland Biznes Akademiyası ilə əməkdaşlıq edəcək Niderland Biznes Akademiyasının rektoru Jan van Zvieten və Rumıniya Dil və Mədəni Mərkəzinin direktoru Josefina Blazani-Batto Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüblər.
Rektor Vilayət Vəliyev qonaqlara AzTU haqqında məlumat verib. O, AzTU ilə Niderlandın qabaqcıl universitetləri arasında elmi əlaqələrin genişləndirilməsinin, ikili diplom proqramlarının tətbiqinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, gələcəkdə birgə layihələrdə iştirak da planlaşdırılır.
AzTU-da olmağından məmnunluğunu bildirən rektor Jan van Zvieten rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Qonaq AzTU ilə birgə layihələrin reallaşdırılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş çərçivəsində Azərbaycan Texniki Universiteti ilə Niderland Biznes Akademiyası arasında əməkdaşlığa dair saziş imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər