AMEA-nın Yüksək Texnologiyalar Parkı və Azərbaycan Texniki Universiteti əməkdaşlıq müqaviləsi imzalayıb

AMEA-nın Yüksək Texnologiyalar Parkı və Azərbaycan Texniki Universiteti əməkdaşlıq müqaviləsi imzalayıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə YT Parkda istehsal olunan innovativ məhsulların hazırlanması və satınalınmasına dəstəyin verilməsi istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulub.
Sənədi AzTU-nun rektoru, professor Vilayət Vəliyev və YT Parkın direktoru, professor Elton Məmmədov imzalayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər