Türkiyədə avtobus qar uçqununa düşdü - 4 ölü, 5 yaralı

Türkiyədə avtobus qar uçqununa düşdü - 4 ölü, 5 yaralı Türkiyənin Van şəhərinin Bahçesaray rayonunda qar uçqunu olub.
Uçqun sərnişin avtobusunun üstünə düşüb. İçərisində 10-15 sərnişinin olduğu avtobusun uçqundan çıxarılması işləri davam etdirilir. Qar altından artıq 5 nəfər sərnişin çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə işlərinə texnika ilə yanaşı yerli sakinlər də cəlb olunub.
Qarın yağmağa davam etməsi və görmə məsafəsinin azalması axtarış işlərini çətinləşdirir.
***
Uçqun altında qalanlardan 4 nəfərin cəsədi tapılıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər