MSK-da İqbal Məmmədovla bağlı şikayətə baxılıb

MSK-da İqbal Məmmədovla bağlı şikayətə baxılıb Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ramil Hüseynovun həmin dairədən namizəd olan İqbal Məmmədovla bağlı şikayətinə baxılıb.
Bununla bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
İ. Şahbazov deyib ki, şikayətdə məntəqə seçki komissiya üzvlərinin seçkiqabağı təşviqatda iştirak etmələri bildirilib: “Araşdırmadan sonra məlum oldu ki, həqiqətən də məntəqə seçki komissiyasının bir üzvü İqbal Məmmədovun seçkiqabağı təşviqat kampaniyasında iştirak edir".
MSK-da məsələ müzakirə edilib, qərara alınıb ki, Dairə Seçki Komissiyası məsələni araşdırsın.

Tehsil-press.az


Oxşar xəbərlər