Aydın Əliyev: DGK bütün nəzarət-buraxılış məntəqələrində Tax Free-nin tətbiqinə hazırdır

Aydın Əliyev: DGK bütün nəzarət-buraxılış məntəqələrində Tax Free-nin tətbiqinə hazırdır Dövlət Gömrük Komitəsi (DGK) ölkənin bütün nəzarət-buraxılış məntəqələrində Tax Free sisteminin tətbiqinə tam hazırdır.

Tehsil-press.az-n məlumatına görə, bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, bu sistem artıq Heydər Əliyev Beynəlxalq Hava Limanında tətbiq edilir, nəzarət-buraxılış məntəqələrində də Tax Free-nin tətbiqi üçün şərait yaradılıb: "Bu məsələ təkcə DGK-dən asılı deyil, sistem tətbiq edilən kimi biz bütün nəzarət-buraxılış məntəqələrində onun işini təmin edəcəyik".


Tehsil-press.az

Oxşar xəbərlər