Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Azərbaycan Universitetləri Sərgisi-2020”də iştirak edib.
Aİİ-nin əməkdaşları tərəfindən sərgi iştirakçılarına ali təhsil müəssisəsinin fəaliyyəti, qəbul prosesinin təşkili, mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanmış müqavilələr, İnstitutda keçirilən tədbirlər, konfranslar, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat verilib.
İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Həmçinin tələbələrin ödənişsiz geyim və dərsliklərlə təmin ediləcəkləri, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqları və digər üstünlüklərə yiyələnəcəkləri nəzərə çatdırılıb.
Sərgidə, eyni zamanda, ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən Azərbaycan, ingilis, rus və ərəb dillərində broşür, buklet və kataloqlar, “Din araşdırmaları” jurnalı, “İlahiyyatçı” qəzeti, “İlahiyyat” jurnalı, konfrans materialları və “İlahiyyat nəşrləri” adı altında layihəyə əsasən çap olunan ali təhsil müəssisəsi müəllimlərinin kitabları nümayiş etdirilib.
Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd burada iştirak edəcək hər bir abituriyentin seçiminə uyğun olaraq təhsil ocaqları ilə yaxından tanışlığına yardım göstərmək; ali təhsil müəssisəsi seçimində kömək olmaq; gənclərin həmin ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyətdə olub, onları maraqlandıran bütün suallarına dəqiq cavab tapmasına dəstək nümayiş etdirməkdir.
Tehsil-press.az