Azərbaycan İlahiyyat İnstitutu Bakıda keçirilən Beynəlxalq Təhsil Sərgisində ilk dəfədir iştirak edir. Yüksək səviyyədə təşkil olunan sərgidə iştirak etməyimiz bizim üçün çox maraqlıdır. İnstitutumuz Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Gənc ali təhsil müəssisəsi olaraq sərgiyə qatılmağımız abituriyentlərin bu tədris ocağına cəlb olunmasına, yerli və xarici universitetlərlə əlaqələr qurmağımıza öz töhfəsini verəcək.
Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun 13-cü Beynəlxalq Təhsil Sərgisində iştirakının məqsədi yerli və xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində əməkdaşlıq qurmaq, tədris prosesindəki təcrübələrlə əyani tanış olmaq, bu sahə üzrə mövcud yenilikləri öyrənməkdir.
“Sərgidə ziyarətçilərə institumuzda tədris edilən ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, institutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, müəssisədə keçirilən tədbirlər, konfranslar, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat verilir”, - deyə rektor Ceyhun Məmmədov qeyd edib.
Tehsil-press.az