Koronavirusdan danışan Tramp jurnalistləri güldürdü

Koronavirusdan danışan Tramp jurnalistləri güldürdü Jurnalistlərin önündə çıxış edən ABŞ Prezidenti Donald Tramp koronavirusla mübarizədən danışıb.
Dövlət başçısı gigiyenaya aid bir neçə məsləhət verib. Tramp əlləri yumağı, təmizliyə riayət etməyi və hər şeydən tutmamağı tövsiyə edib.
O, həmçinin bir həftə əvvəl başına gələn maraqlı hadisədən danışıb – Trampa onun çoxdan görmədiyi bir insan yaxınlaşıb.
“O, məni qucaqladı, öpdü. Mən soruşdum: “Sən yaxşısan?”. O deyir: “Xeyr. Mənim dəhşətli hərarətim və dəhşətli soyuqdəyməm var”. Və o, məni qucaqlayır və öpür. Mən üzr istədim və əllərimi yumağa çıxdım”, - dövlət başçısı deyib.
D.Trampın bu sözləri jurnalistləri gülüşə boğub.

Tehsil-press.az

Oxşar xəbərlər