“British Counsil” təşkilatının ali təhsilin sahibkarlıq sahəsinin inkişafına istiqamətlənmiş “Creative Spark” proqramı çərçivəsində London İncəsənət Universiteti (UAL), Birləşmiş Krallığın “Gradcore” təşkilatı, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və “YARAT” Müasir İncəsənət Məkanı arasında tərəfdaşlıq layihəsi olan “Boomerang” yekunlaşıb.
Birləşmiş Krallığın sahibkarlıq təhsili sahəsindəki təcrübəsindən istifadə edərək, Azərbaycanda yaradıcı iqtisadiyyatın inkişaf etdirilməsinə dəstək göstərilməsi məqsədilə universitetin nümayəndə heyəti Londonda səfərdə olub.
Rektor Ceyran Mahmudovanın rəhbərlik etdiyi nümayəndə heyətinə beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Sara Timurova və öz layihələri ilə müsabiqədə qalib gəlmiş 10 tələbə daxil idi.
Səfər çərçivəsində nümayəndə heyəti dünyanın nüfuzlu incəsənət universitetlərindən biri olan London İncəsənət Universitetinin “Cambervell” kampusunda olub. Burada tələbələr üçün dizayn və rəssamlıq kollecinin ustad dərsləri keçirilib, studiyalara tur təşkil edilib. Sonra həmin kampusda ADMİU-nun tələbələri “Yaradıcı sənaye sahəsində məşğulluq” mövzusunda interaktiv mühazirə dinləyib. Həmçinin “Gradcore” təşkilatı tərəfindən keçirilən “Yaradıcılıq” adlı ustad dərsində iştirak ediblər. Dərslərdə yaradıcılığın sənaye ilə əlaqəsi, yaradıcı insanın müsbət və mənfi tərəfləri ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, Ceyran Mahmudova London İncəsənət Universitetinin yaradıcı təcrübə pedaqogikası fakültəsinin dekanı, professor Susan Orr ilə görüşüb. Görüşdə iki universitet arasında rəssamlıq və dizayn tədrisi sahəsində təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti “South London” Qalereyası və “Peckham levels” adlı maraqlı məkanlarla da tanış olub. Məlumat verilib ki, “Peckham levels” əvvəllər avtomobil dayanacağı olsa da, sonradan yaradıcı gənclərin səyi ilə kafe, görüş və konsert məkanına çevrilərək, İngiltərənin yaradıcı sənayesinin bariz nümunəsi kimi məşhurlaşıb.
Səfər müddətində azərbaycanlı nümayəndə heyəti London Universitetinin “Central St Martin” kampusunda da olub. Burada tələbələr teatr, foto, qrafik dizayn, moda studiyalarına baş çəkib və müxtəlif ustad dərslərində iştirak ediblər. Tələbələrə müasir zamanda kitabxananın necə təşkil edilməsi haqqında mühazirə oxunub.
Sonra qrup məşhur “Tate Modern” müasir incəsənət qalereyasında olub.
ADMİU-nun tələbələri “Gradcore” təşkilatının “Not just, a shop” məkanında “Sahibkarlıq və məşğulluq” mövzusunda ustad dərsində iştirak ediblər. Məkanın “Sadəcə mağaza deyil” adlandırılması təsadüfi deyildi, çünki bu məkanda satışa qoyulmuş bütün məhsullar tələbələr tərəfindən hazırlanıb və uğurlu biznesin nəticələri idi.
Səfər çərçivəsində Ceyran Mahmudova London İncəsənət Universitetinin kommunikasiya və xarici işlər direktoru Edvard Venninq ilə görüşüb. Görüşdə Edvard Venninq ADMİU-nun onların təcrübəsindən yararlanması üçün hər zaman kömək göstərməyə hazır olduğunu vurğulayıb.
“Gradcore” təşkilatı tərəfindən keçirilən növbəti ustad dərsində tələbələrə “British Counsil” təşkilatının “Big idea” layihəsində qalib gəlmək üçün dəyərli tövsiyələr, “Elevator speech” haqqında məlumat verilib. Tələbələr Londonun məşhur Viktoriya və Albert muzeyində də olublar.

ADMİU-nun Mətbuat Xidməti