Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin təşkil etdiyi “Startup Day 2019” adlı tədbir keçirilib.
Tədbir London “South” Bank Universitetinin dəstəyi ilə “Creative Spark” proqramı çərçivəsində gerçəkləşib.
Universitetin İnnovativ Biznes İnkubator Mərkəzinin təşkil etdiyi tədbir universitetin bakalavr, magistr tələbələrinin və doktorantların startap layihələrinin inkişaf etdirilməsi üçün “Boot Camp”ların və treninqlərin təşkil olunması mövzusundadır. Məqsəd tələbələrin elmi innovativ layihələrə cəlb olunması, gənc menecer və sahibkarların yetişdirilməsi, tələbələrdə kreativ biznes ideyaların inkişaf etdirilməsi və artırılması, komanda şəklində işləmək bacarıqlarının formalaşdırılmasıdır.
“Startup Day 2019”da AzMİU-nun bütün fakültələrinin tələbələri maraqlı layihələr nümayiş etdiriblər. Komandalar şəklində çalışan tələbələrin təqdim etdikləri “Cavalab”, “Universal Tract”, “Doktor P”, “Təmiz hava”, “Birİnci”, “DAC Forum”, “ASAN Dolab”, “Alov Games”, “Smart Parkinq”, “Həyat ver”, “Master Job” və digər startap layihələri qonaqlar tərəfindən maraqla qarşılanıb. Münsiflər startapçıların hazırladıqları layihələr ətrafında suallar veriblər, tələbələrə ideyalarını daha da inkişaf etdirmək üçün düzgün istiqamət göstərib, dəstək nümayiş etdiriblər.
Layihələrin təqdimatı bitdikdən sonra münsiflər tələbələrin işlərini qiymətləndirib, ən yaxşı layihə təqdim edənləri 1, 2 və 3-cü yerlərlə mükafatlandırıblar. Birinci yerə universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının doktorantı Ramin Əkbərovun “Təmiz hava” layihəsi, 2-ci yerə Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Cavid Hüseynzadənin komanda ilə birgə hazırladığı “Cavalab” layihəsi, 3-cü yerə Tikinti-iqtisad fakültəsinin 3-cü kurs tələbəsi Nərminə Hüseynlinin “Doctor P” layihəsi layiq görülüb. Müxtəlif şirkətləri təmsil edən münsiflər heyətinin üzvləri qaliblərə mükafatlar və diplomlar təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Tədbirdə “AzərGold”, “166 Global Logistics”, Kiçik və Orta Biznes Agentliyi, “British Council”, “Azinnex” şirkətindən rəhbər və nümayəndələr iştirak ediblər.
Tehsil-press.az