Xəzər Universitetinin əməkdaşları AESOP layihəsinin yekununa həsr olunmuş görüşdə iştirak ediblər

Xəzər Universitetinin əməkdaşları AESOP layihəsinin yekununa həsr olunmuş görüşdə iştirak ediblər Xəzər Universitetinin əməkdaşları Gürcüstanın Akaki Tresteli Dövlət Universitetinin koordinatoru olduğu AESOP-“Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsi çərçivəsində Kutaisi şəhərində keçirilmiş yekun görüşdə iştirak ediblər.
İki gün davam edən tədbirdə layihə üzrə həyata keçirilmiş fəaliyyətlərin nəticələri təqdim olunub. Xəzər Universitetinin İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva layihənin ümumi fəlsəfəsindən və əldə edilmiş nəticələrdən danışıb.
Görüşdə Gürcüstan, Ukrayna, Polşa, İtaliya, Finlandiya, Avstriya və İngiltərədən 16 tərəfdaş universitetin təmsilçiləri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər