Azərbaycan həkimləri Batumidə beynəlxalq elmi simpoziumda iştirak edəcəklər

Azərbaycan həkimləri Batumidə beynəlxalq elmi simpoziumda iştirak edəcəklər Aprelin 6-dan 9-dək Batumidə “Təcili tibbi yardım və ailə səhiyyəsi” üzrə həkimlərinin birinci beynəlxalq elmi simpoziumu keçiriləcək.

Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyədən 100-dək tibb işçisinin iştirakı nəzərdə tutulub.
Səhiyyə işçiləri əsasən pasientlərin ən çox üzləşdikləri ürək-damar, resperator, nevroloji xəstəliklər barədə danışacaq, fikir mübadiləsi aparacaqlar.
Həkimlər bu sahələrdə yeni tətbiq olunan standartlar, qaydalar və yeni texnologiyalar barədə təcrübələrini bölüşəcəklər.
Bu tədbir ailə həkimlərinin 2016-cı ildə keçirilmiş beynəlxalq simpoziumunun davamı olacaq. İkinci belə bir simpoziumun gələn il Bakıda keçirilməsi nəzərdə tutulub.
Tədbir Batumi Dövlət Universitetinin və Azərbaycan, Gürcüstan və Türkiyənin ailə həkimi və təxirəsalınmaz tibbi yardım assosiasiyaları tərəfindən birgə təşkil olunur.

Təhsil-press.az

Oxşar xəbərlər