Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə iclasda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalları, AMEA-nın fəxri fərmanları və xatirə nişanı, həmçinin “AMEA-nın professoru” diplomları sahiblərinə təqdim edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Akademik Teymur Kərimli “Azərbaycan muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda məruzə ilə çıxış edib.
İclasda bir sıra kadr və elmi-təşkilati məsələlərə baxılıb, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”, elmi istiqamətlər üzrə şuralar və digər məsələlərə dair müzakirələr aparılıb. Akademiyanın bir sıra elmi müəssisələrinin yeni seçilmiş direktorları vəzifələrinə təsdiq olunublar.
Tehsil-press.az