Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin ilk iclası keçirilib.
Tədbirdə nəşrin redaksiya heyətinin sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova müasir dövrdə ölkəmizdə digər sahələrdə olduğu kimi, elmi fəaliyyət sahəsinin də dinamik inkişaf etdiyini, bir sıra nailiyyətlər əldə olunduğunu bildirib.
Akademiyanın bir sıra dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini deyən İradə Hüseynova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında bu elm ocağında uğurlu islahatlar aparıldığını vurğulayıb.
Alim, həmçinin AMEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə iştirakı ilə hazırlanan “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşri barədə məlumat verib. O, AMEA Rəyasət Heyətinin 2020-ci il 9 yanvar tarixli qərarı ilə nəşrin redaksiya heyətinin yeni tərkibinin təsdiq edildiyini diqqətə çatdırıb.
Qərardan irəli gələn vəzifələr ətrafında akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, professorlar Səyyarə İbadullayeva, Şaiq İbrahimov, biologiya üzrə elmlər doktorları Vahid Fərzəliyev, Elşad Əhmədov, Aydın Əsgərov, Dilzarə Ağayeva, Naibə Mehdiyeva və Vüqar Kərimov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Tədbirdə nəşrin redaksiya heyətinin üzvləri tərəfindən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib, müvafiq qərarlar qəbul edilib.
Akademik İradə Hüseynova iclasa yekun vuraraq “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın nəşri ilə bağlı 2020-2023-cü illəri əhatə edən fəaliyyət proqramının hazırlanmasının zəruriliyini qeyd edib.
Sonda bu məqsədlə akademik Validə Əlizadənin rəhbərliyi ilə işçi qrupunun yaradılması qərara alınıb.
Tehsil-press.az