İtaliyada koronavirusa görə bir çox kommersiya fəaliyyətləri dayandırılıb

İtaliyada koronavirusa görə bir çox kommersiya fəaliyyətləri dayandırılıb İtaliyada koronavirusun yayılması riski səbəbindən ərzaq dükanları və apteklər istisna olmaqla bütün mağazalar bağlanır.
Bu barədə İtaliyanın Baş Naziri Juzeppe Konte deyib.
O, ölkə daxilində bütün restoran və barların bağlandığını bildirib. Evə yemək çatdırılması mümkündür. Bununla yanaşı ictimai nəqliyyat və bir sıra əsas xidmətlər, kənd təsərrüfatı sənayesi, o cümlədən bankların və sığorta şirkətlərinin fəaliyyəti davam edəcək.
"Fabriklər bütün ehtiyat tədbirlərinə riayət etmək şərti ilə açıq qalır ", - baş nazir əlavə edib.
İtaliyada epidemiyanın başlanmasından koronavirusa 12 mindən çox yoluxma hadisəsi aşkarlanıb, 800-dən çox insan ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər