AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Şeyxülislam Axund Ağa Əlizadəyə məxsus əba qorunur.
Muzeydən Tehsil-press.az-a bildiriblər ki, əba XIX əsrin sonu - XX əsrin əvvəlinə aid olub, qara rəngli mahuddandır. Yaxalığının və qollarının kənarına əl tikişi ilə, tünd rəngli ipək sapdan “mollabaşı” naxış zolağı salınıb.
Əba akademik Akif Əlizadə tərəfindən muzeyə hədiyyə edilib. Şeyxülislam Axund Ağa Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün şeyxülislamı olub, dini maarifçilik sahəsində xüsusi xidmətlər göstərib.
Tehsil-press.az