Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Elmlər Akademiyasının 150 illik yubiley tədbirində iştirak etmək üçün Sofiya şəhərində səfərdə olub.
Səfərin ilk günü akademik Akif Əlizadə Bolqarıstanın vitse-prezidenti İliana İotova ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında mövcud elmi əməkdaşlıq əlaqələrindən danışılıb, münasibətlərin daha da genişləndirilməsi, o cümlədən müxtəlif elmi istiqamətlərdə birgə layihələr hazırlanması qərara alınıb.
Həmin gün nümayəndə heyəti Bolqarıstan Respublikasının energetika naziri Temenujka Petkova ilə görüşüb və tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib. Görüşdə akademik Akif Əlizadə xanım T.Petkovaya “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalını təqdim edib.
Daha sonra Bolqarıstan Elmlər Akademiyasının Milli Təbiət Tarixi Muzeyi ziyarət olunub. Muzeyin direktoru, professor Nikolay Spasovla keçirilən görüşdə Kiçik Qafqazda, Azərbaycanın Daşkəsən rayonu ərazisində tapılan qranat (Süleymandaşı) mineral daşı muzeyə hədiyyə edilib.
Səfərin ikinci günü Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasim keçirilib. Tədbirdə AMEA prezidentinin videomüraciəti nümayiş olunub, akademik A.Əlizadə yubileydə çıxış edib. Yubiley tədbirində Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalskiyə hədiyyə təqdim edilib.
Akademik Akif Əlizadə, həmçinin Bolqarıstan Dövlət Televiziyasına geniş müsahibə verib.
Yubiley mərasimi Bolqarıstanın Milli Mədəniyyət Sarayında başa çatıb. Bolqarıstanın hökumət rəsmilərinin, parlament nümayəndələrinin, alimlərin və qonaqların iştirak etdikləri tədbirdə Prezident Rumen Radev, Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalski və başqaları çıxış ediblər.
Tehsil-press.az