Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.
Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları iştirak ediblər.
Akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib. Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.
Akademiklər Yaqub Mahmudov, İsa Həbibbəyli, Urxan Ələkbərov, Nailə Vəlixanlı, Telman Əliyev, Adil Qəribov akademik Ramiz Mehdiyevin Azərbaycan elminə böyük töhfə verdiyini vurğulayıblar və akademik Akif Əlizadənin təklifini dəstəkləyiblər.
Tehsil-press.az