Təbiətə töhfə vermək əvəzinə ziyan vuraraq qazanc əldə edənlər var

Təbiətə töhfə vermək əvəzinə ziyan vuraraq qazanc əldə edənlər var Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstə üzvlərini saxlayıb. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü kimi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa apardıqları kompleks tədbirlərə görə təşəkkür edir, belə halları vaxtında məlumat verən ictimai nəzarətin əsas iştirakçıları olan vətəndaşlarımızı alqışlayıram".
Bu fikirləri millət vəkili Fatma Yıldırım səsləndirib. O, bildirib ki, təbiəti qorumaq hər birimizin vətəndaşlıq borcudur:
"Məhz ölkə ərazisində yaşıllıq payının artırılması məqsədilə möhtərəm prezidentimiz cənab Ilham Əliyev mühüm tapşırıqlar verir, ağacəkmə aksiyaları həyata keçirilir. Təkcə ötən il birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkildi. Lakin təəssüf ki, dövlətin diqqətdə saxladığı bu məsələyə biganə yanaşaraq təbiətə töhfə vermək əvəzinə ziyan vuraraq qazanc əldə edənlər var. Zənnimcə, onlara qarşı daha ciddi tədbirlər görülməli, sərt addımlar atılmalıdır. Bu sahədə müvafiq qanunvericilik təkmilləşdirilməli, nəzarət gücləndirilməlidir. Gəlin, təbiəti birlikdə qoruyaq".

Tehsil-press.az

Oxşar xəbərlər