BMT koronavirusla mübarizə üzrə qətnamə qəbul etdi

BMT koronavirusla mübarizə üzrə qətnamə qəbul etdi BMT Baş Assambleyası qlobal həmrəylik haqqında qətnamə qəbul edib. Bu barədə “RİA Novosti” xəbər verib.
Sənədə əsasən, dünya ölkələrinin hökumətləri koronavirusla mübarizədə informasiya mübadiləsi, elmi təcrübə və qabaqcıl müalicə üsulları ilə bağlı aktiv beynəlxalq əməkdaşlığa çağırılır.
Baş Assambleya, həmçinin koronavirusun qarşısının alınması üzrə qlobal səylərin əlaqələndirilməsində BMT sisteminin "mərkəzi rolunu" qeyd edib.
Qətnamənin müəllifləri arasında Azərbaycan, Əfqanıstan, Belçika, Xorvatiya, Kanada, KDR, Gürcüstan, Almaniya, Yaponiya, Qazaxıstan, Pakistan, İsveç, İsveçrə, Ermənistan, Ukrayna və digər ölkələr var.

Tehsil-press.az

Oxşar xəbərlər