Koronavirusa yoluxmuş İngiltərənin Linkolnşir qraflığının sakini Şeron Kuk COVID-19 xəstəliyinin dəhşətli nəticələrindən danışıb. Onun videomüraciətini “Daily Mirror” qəzeti yayımlayıb.
Qadın martın 23-də xəstəxanaya yerləşdirilib və onun koronavirus testinin nəticəsi müsbət olub. Xəstəxanada olan Kuk göz yaşları içində hazırkı vəziyyətindən danışıb.
“Pnevmoniya səbəbindən qanım infeksiyaya yoluxub, ona görə də mən indi normal danışmaqda çətinlik çəkirəm. Mən bir az boğuluram, amma xoşbəxtlikdən məni oksigen aparatına qoşublar”, - qadın qeyd edib.
Kuk hər kəsə özünütəcrid barədə xatırladıb:
“Evdən çıxmayın, hətta dostlarınız üçün çox darıxmısınızsa. Bu, ona dəyməz. Mən artıq yaxşılaşıram, amma bu yaxınlarda elə pis idim ki. Əgər həmin vaxt mənə evtanaziya təklif etsəydilər, razılaşardım. İndi mən tərpənə bilmirəm və çətinliklə nəfəs alıram, amma mənim indiki vəziyyətim yaşadıqlarımla müqayisəolunmazdır”. Britaniyalı evi və doğmaları üçün çox darıxdığını etiraf edib.
“Mən insanları küçəyə çıxmamağa çağırıram, çünki nəticələri dəhşətli ola bilər. Xoşbəxtlikdən, tezliklə evə dönəcəyəm və hər şey normallaşacaq”, - qadın deyib. Kuk bildirib ki, koronavirus adi soyuqdəyməyə heç oxşamır. “Hətta əgər siz bu infeksiyanı yüngül formada keçirsəniz, o, sizi əzab çəkməyə məcbur edəcək”, - britaniyalı xəbərdarlıq edib.
Tehsil-press.az