Koronavirus Moldovaya da çatdı

Koronavirus Moldovaya da çatdı Moldovada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə, əmək və sosial müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Virus Bolonyadan Kişinyova gələn 48 yaşlı qadında aşkarlanıb.
Nazirlik bildirib ki, xəstə yüksək hərarət, öskürək və kəskin nəfəs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadın şəkərli diabet, piylənmə və hipertoniya səbəbindən yüksək risk qrupundadır.

Tehsil-press.az

Oxşar xəbərlər