“Bu, Neft Fondunun portfelində də zərər kimi öz əksini tapacaq”

“Bu, Neft Fondunun portfelində də zərər kimi öz əksini tapacaq” “Bu gün dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-nin də daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür”.
Bu barədə Dövlət Neft Fondunun yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, ARDNF-nin investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar:
“Bir daha qeyd edirik ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bu gün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edirlərsə, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bu gün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir. Digər suveren fondlar kimi ARDNF-nin də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaq və Fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaq”.

Tehsil-press.az


Oxşar xəbərlər