Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Fonddan Tehsil-press.az-a verilən məlumata görə, Ş.Mövsümov nümayəndə heyətinə ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Fond tərəfindən həyata keçirilən layihələr, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib. Görüş iştirakçıları tərəfindən ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun və Forumda müzakirə edilən məsələlərin bütün ölkələr üçün əhəmiyyətliliyi qeyd edilib.
Görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlıq, inkişaf perspektivləri, ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az