2020-ci ilin yanvar ayı ərzində Nazirlər Kabinetində 1 Sərəncam, 26 Qərar hazırlanaraq imzalanıb və dərc edilib.
Bu qərarlardan 7–nin geniş əhali təbəqələri üçün əhəmiyyəti nəzərə alınaraq sadə izahı Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.
Yanvarın 9-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib. Bu müqavilələr Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji istehsalını mümkün edəcək.
Yanvarın 16-da Baş Nazir Əli Əəsdovun imzaladığı Sərəncamla Prezident İlham Əliyevin yanında yanvarın 13-də keçirilmiş müşavirədə Nazirlər Kabinetinə tapşırılmış vəzifələr əsasında Tədbirlər Planı təsdiqləndi. Tədbirlər Planına Prezidentin müəyyənləşdirdiyi 26 tədbir daxildir.
Yanvarın 17-də Prezident İlham Əliyevin yanvarın 13-də keçirdiyi müşavirədə əmək münasibətlərinin tənzimlənməsinə dair Nazirlər Kabinetinə verdiyi tapşırığın icrası ilə əlaqədar Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirildi.Qəbul olunmuş qərarlar kölgə iqtisadiyyatınını mədudlaşdırlmasına xidmət edəcək.
Nazirlər Kabinetində yanvarın 24-də keçirilmiş müşavirədə isə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edilib. Əmlakın icbari sığortası və aqrar sığorta məsələlərinin müzakirəsindən sonra qərarlar qəbul edilib ki, onların yerinə yetirilməsi həm sığorta bazarını genişləndirəcək, həm dövlətin üzərindəki yükü azaldacaq, həm də vətəndaşların əmlakını sığortalı edəcək.
Yanvarın 25-də Baş Naziri Əli Əsədov Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüb və onu 70 illik yubileyi münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti Türkiyədəki zəlzələ zonasından azərbaycanlı tələbələrin təxliyyəsi ilə bağlı koordinasiya işini həyata keçirdi və 102 tələbə Prezidentin göndərdiyi xüsusi təyyarə ilə Bakıya çatdırıldı.
Prezident Ilham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində müvafiq qurumların iştirakı ilə koronavirus epidemiyasının Azərbaycana yayılmasının qarşısını almaq məqsədilə müşavirə keçirildi və qərarlar qəbul olundu. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə epidemioloji vəziyyət tam nəzarətdə saxlanılır.
Tehsil-press.az