Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı azalıb

Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı azalıb Azərbaycanda orta məktəblərdə ikinci növbədə oxuyan şagirdlərin sayı 35%-dən 14%-ə enib.
Bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki, ölkə Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib. Bu da bütün məktəblərin 74%-ni təşkil edir.
Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər