Ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafını daim diqqətdə saxlayan, insan resurslarının yetişdirilməsi və idarə edilməsini gerçəkləşdirən müasir təhsil sisteminin başlıca məqsədləri müəyyənləşdirilib.
Bu fikirləri Tehsil-press.az-a açıqlamasında Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O bildirib ki, son 15 il ərzində ölkəmizdə 3200-dən çox yeni məktəb tikilərək istifadəyə verilib və əsaslı təmir olunub. Bu məktəblərin tikilməsində Heydər Əliyev Fondunun da fəaliyyətini xüsusi qeyd etməliyik. Fondun dəstəyi ilə 500-ə yaxın təhsil müəssisəsi - məktəb və bağça tikilib və əsaslı təmir olunub.
Nazir müavini vurğulayıb ki, məktəb və bağçaların tikintisi davam etdirilir. Xüsusilə kənd yerlərində, ən ucqar kəndlərdə modul tipli məktəblər istifadəyə verilib. Son iki ildə 300-ə yaxın belə məktəb tikilib. Gələcəkdə də əhalinin, uşaqların sayının artımını nəzərə alaraq həm paytaxtda, həm də regionlarda məktəblərin və məktəbəqədər müəssisələrin inkişaf etdirilməsi, yenilərinin tikilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyi bu prosesdə aktiv iştirak edir. Müxtəlif bölgələrdə tədris müəssisələrinin tikintisi məqsədilə xüsusi dövlət investisiya proqramları qəbul olunub.
Tehsil-press.az